Əsas məzmuna keç

Qoşma

Yerdə

Məxdumqulu Fəraqi

1

Nə işi var ariflərin İzzət görülməyən yerdə, Ağlı olan söz açarmı Növbət verilməyən yerdə.

Ağlı yaxşılar unutmaz, Quru kolda yarpaq bitməz, Ağıllı ər məskən tutmaz, Xülqü sevilməyən yerdə.

Həccə getsən, cara dönər, Gül açılsa, xara dönər, Xidmət edən xərə dönər, Qədri bilinməyən yerdə.

Batil qalan sular axmaz, Hər naşıdan kərəm çıxmaz, İt gözləməz, pişik baxmaz, Süfrə sərilməyən yerdə.

Ev içində xərə dönər, Müxənnət bir nərə dönər, Tülkü, şaqqal şirə dönər, Savaş qurulmayan yerdə.

Fərasət qıl, baxıb ağla, Qoç igidin sözün haqla, Məxdumqulu, dilin saxla, Xəbər sorulmayan yerdə.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.