Əsas məzmuna keç

Qoşma

Yerdə

Zəlimxan Yaqub

1

İldırım başını daşlara döydü, Yazın bu vaxtında çaxdığı yerdə. Niyə qarışdırdı düzü, dünyanı, Sular saçaqlanıb axdığı yerdə.

Dondu dodağında bülbülün sözü, Söndü, kömür oldu ocağın közü, Saraldı, bulandı bulağın gözü, Maral öz hüsnünə baxdığı yerdə.

Təbiət dəyişdi, döndü gözümdə, Dünyanın işığı söndü gözümdə. Göylər də alçalıb endi gözümdə, Hörməti başıma qaxdığı yerdə.

1976, 18 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.