Yer iləni
Gəl, könül, yara gedək, Həmrah olsan yer iləni. Yar yoluna qədəm qoyaq Pa yerinə sər iləni.
Asiman görkü ənvərdir, Dünya görkü simu zərdir, Cəsəd-torpaq, can-cövhərdir, Almaq olmaz zər iləni.
Güvənmə gəl surətinə, Minərsən qəhər atına, Tuş olsan yaman xatına, Ömrün ötər şər iləni.
Xəsis bayda verim olmaz, Mərdin sözün bavər qılmaz, Arvananın yükü qalmaz, Yola girsən nər iləni.
Qənimətdir qardaş üzü, Dəvadır qədəmi-tozu, Bir əbləhin nakəs sözü, Bərabərdir nar iləni.
Pisin qarşısında durma, Xəsisin üzünü görmə, Kar ilə xəlvət iş qurma, Yola çıxma kor iləni.
Yaman ilə yoldaş olma, Düşmən ilə sirdaş olma, Təamda tabaqdaş olma, Acgöz, haramxor iləni!
Yaman ər nəsihət tutmaz, Yaxşı sözə qulaq asmaz,
Heç bir sözün kova getməz, Nakəs süxənşor iləni.
Elindən getsən avara, Sonda olarsan biçarə, Qonşu olsan haramxora, Sitəm eylər zor iləni.
Al pəndimi, axmaq kişi, Özünə qılma xahişi, Götürməsə dövlət quşu, Uçmaq olmaz pər iləni.
Yaxşıya özün yar eylə, Məclisində bazar eylə, Rəft-aməd qıl, müdar eylə, Savaş etmə şir iləni.
Məxdumqulu, yaxın, yadlar, Qəmginlərlə könlü şadlar, – Yerə gələn bütün zatlar, Yeksan olar yer iləni.