Yenə şər qarışdı, gün axşam oldu
Yenə şər qarışdı, gün axşam oldu, Necə tez gödəldi ömrü günlərin. Günəşdən doymamış gün tamam oldu, Nə yaman qətiymiş əmri günlərin.
Amanı qırılmış zamana bir bax, Saniyə gözləmir, saat gözləmir. Dayanmaq olarmı, neyləsin səbir, Biz necə gözləyək, həyat gözləmir.
Körpə uşaq kimi doğulan səhər Təzəcə gözünü açmamışdımı? Yayıb öz nurunu günəş birtəhər, Yenicə dünyaya saçmamışdımı?
Ürək hey yaşamaq həyəcanında, Bir gün yasdadırsa, beş gün toydadır. Ömür təpədirsə, onun yanında Arzu bir əlçatmaz zirvə boydadır!
1978, 26 dekabr