Yenə ətrafə ətir saçmadadır badi-səhər
Yenə ətrafə ətir saçmadadır badi-səhər. Açdı gülşəndə gülün qönçəsini pərdeyi-zər.
Əndəlib naləsini dinləyirəm, yoxsa yenə, Yaz gəlib, bərgi-gül öz pərdəsini atdı məyər?
Bülbülün nəğməsinə gül də verir nazla cavab, Sanki bu nəğmə ilə ruh çağırır əfsungər.
Bir otaq etdi həva, sanki hübabi özünə, Dincələ bəlkə bir az arx kənarında səhər.
Jalə isə çalışır ol evi viran etsin, Ah necə bərkdir üzü, ah necə nacins gühər!
Su hübabilə salarkən havanı zəncirə, Səbəbi bu ki, havadan törəyir çoxlu xətər.
Kim ziyan versə görər axiri aləmdə ziyan, Kim zərər verməsə görməz bu cahan içrə zərər.
Belə bir fəsldə kim, gül atıb öz pərdəsini, Korlar ancaq çəməni seyr eləməz, guşə sevər.
Vay mənə yox xəbərim səbzəvü güldən, eyvah, Qalmışam kor kimi bir guşədə zarü müztər.
Nə qədər qönçə kimi bağlanacaqdır qapımız Ömrümüz badə gedib qan olacaqdır bu cigər?
Yaxşı olmazmı səba tək uçaraq mən özümü, Yetirim bir bağa kim orda xəzandan yox əsər.
Taparaq ta ki görəm məclisini daxil olum Ki, onunla eləyir fəxr bütün noi-bəşər.
O, zəkavət ağası, əqlü şüur sahibidir, Bütün ehkamı o şəxsin sayılır fəzlü hünər.
Mələkayinü fələkmərtəbə Əbdürrəhman, Misli yoxdur şəm ilə aləmi gəzsən nə qədər,
Ey olan cümlə fünun üzrə qabaqcıl alim, Hər hünər sahibi qarşında sənin səcdə edər.
Görməmiş mislini heç çərxi-fələk aləmdə, Sən kimi bir günəşi görməmiş heç dövri-Qəmər.
Mədh edərkən səni mən taəti atdım çünki, Şe’rimə müxtəsəri taət olurdu ləngər.
Yola düşdükdə sənin kuyinə, atdım namazı, Çünki taət eləməz bir kişi etdikdə səfər.
Sərvərim, dərgəhinə çatmağa can atdı könül, Yolu göstərdi qəza, saldı Füzuliyə nəzər.
Var ümidim nə qədər bitsə nihali-qələmin, Nə qədər lütf yerində o qələm bəhrə verər,
Səni həqq hifz eləsin, sən də bizə mərhəmət et, Nə qədər dəhrdə var feyzi-xudayi-davər.
* * *
Lüğət: Əndəlib – bülbül; Bərgi – səmən – yasəmən yarpağı; Müztər – çarəsiz N; Badə – şərab; Çərxi – çənbəri – dairəvi səma; Qəmər – ay; Sərvər – başçı; Can – ruh, bədən; Nihali – növrəsi-gülzari-eşq – eşq bağcasının yeniyetmə fidanı; Dəhr – zaman, dünya, aləm