Yenə dəşt sərsəbzdir, fəsl xürrəm
Yenə dəşt sərsəbzdir, fəsl xürrəm, Cahan bitəkəllüf, təkəllüfdə aləm.
Nəbatat əmvatinə vermiş ehya Həvayi-Xizrxislətü Isəvidəm.
Məsihi-şükufə zuhurinə mütləq Səba ətseyi-Adəmü şax Məryəm.
Bisati-bəsatinü bəsti-rəyahin Biri faricül-həm, biri kaşifül-qəm.
Gül övraqi əşcardə eylə müzmər Ki, mə’niyi-nadir ibarətdə müdğəm.
Güli-sürx suri-ərusi-Müqənnə, Dirəxti-şükufə nigari-müəmməm.
Ənadil xətibinə gülbün mənabir, Şükufə sipəhinə gülzar müxəyyəm.
Bu gün zülfi-əhli-məlahətdən özgə, Degil hiç kəs müztərib-halü dərhəm.
Bu gün əbrü badi-bəharidən özgə, Degil kimsə sərgəştəvü didə pürnəm.
Baharındır, aya, bu tə’sir bilməm Və ya dövləti-feyzi-xaqani-ə’zəm.
Fələk mərtəbə, qütbi-xurşid seyri Ki, novruzi-ədlilədir mülk xürrəm.
Misali-əsalətdə ismilə cari Əzəl ta əbəd hökmi-tuğravü xatəm.
Hesabi-səxavətdə əmrilə mücra Gəda adına hasili-mə’dənü yəm.
Əgərçi zəmanında mümkündür etmək, Gəda gənci-dinarü dirhəm fərahəm.
Bulunmaz bu mə’murədə bir xərabə Dəfin olmağa gənci-dinarü dirhəm.
Nəzər feyzi-ruhi sifatında aciz Xirəd cövhəri cism dərkində mülzəm.
Kəmalət kəsbinə əqli-nəsr rə’yət Rüxi-məhvəşi rə’yəti fəthə pərçəm.
Inan bər inan fəthü nüsrət rəfiqi, Nə sarı ki, qılsa əzimət müsəmməm.
Səmiyyi-Xəlil əxtəri-bürci-hikmət Ki, rəxşinədir ğaşiyəkəş yüz ədhəm.
Qəzatək zəmirinə izhar daim, Həm əf’ali-mütqən, həm ə’mali-mübrəm.
Qədərtək vüqufinə inşa həmişə Həm əşkali-müğlət, həm əsrari-mübhəm.
Hökumətşiara, vilayətpənaha Ki, cahi-hökumət sənədir müsəlləm.
Əgər mahə mehri-rüxün salsa pərtöv, Məh olmaz dəxi mehrdən zərrəcə kəm.
Əgər yetsə pərvanəyə hökmün, ey şəm’, Qılır mehr hazır şəbi-zaci-müzləm.
Şərabi-məzaqında keyfiyyəti-şəhd, Mizaci-sinanında xasiyyəti-səm.
Sənin paybusin təmənnası birlə, Qədimtək qədi-asiman müttəsil xəm.
Zəmin paybusinlə bir qədr bulmuş Kim, ol qədrə qadir deyil asiman həm.
Şəha, sənsən ol gövhəri-dürci-hikmət Ki, səndəndir əhbəttə hər dərdə bir əm.
Nə dilriş kim zəxm tək açdı ağzın Sənə ərzi-hal etməyə, tapdı mərhəm.
* * *
Lüğət: Dəşt – çöl, səhra; Xürrəm – şad, sevinc; Həvayi – dari-vəfa – burada fədakarlıq, iradə; Şükufə – çiçək; Rəyahin – reyhanlar, çiçəklər; Əşcar – ağaclar; Müzmər – gizli; İbarət – ibarələr; Güli – rə’na – qırmızı rəna çiçəyi; Ərus – gəlin; Dirəxt – ağac; Nigar – şəkil; gözəl; Ənadil – bülbüllər; Gülbün – gül budağı; Əhli – raz – sirr əhli, sirdaş; Dərhəm – qarma-qarışıq, iztirablı; Didə – göz; Gənc – xəzinə; Xirəd – ağıl; Rüxi – zərd – sarı üz; Əzimət – müəyyən bir yerə hərəkət etmək; Əxtəri – bəxtim oldu tirə – bəxt ulduzum qaraldı (söndü); Ədhəm – qara at; Ali – Əhmədi-Muxtar – Məhəmmədin (s.ə.s.) nəsli; Əşkal – şəkillər; Əsrari – nihan – gizli sirlər; Mübhəm – anlaşılmayan, üstüörtülü; Müsəlləm – doğruluğu təsdiq olunmuş; Kəm – az; Şəbi – tarix – qaranlıq gecə; Şərabi – nab – saf şərab; Şəhd – saf bal; Mizaci – namiyyə – böyümək mizacı; Xəm – əyri; Zəmin – asiman – yer-göy; Qədr – dəyər, qiymət, məziyyət; Dürc – sandıqça; Zəxm – yara