Əsas məzmuna keç

Heca şeiri

Yenə bahar gəlib

Zəlimxan Yaqub

1

Yenə bahar gəlib, torpağa bahar, Mənimsə qəlbimdə bir göynərti var. Neçə əziz dostum, yaxın sirdaşım, Qışın sınağından yaza çıxmadı. Dərd kimi göndərdi cəzanı Allah, Canımdan, qanımdan qəza çıxmadı.

Soldu yanaqları tər çiçəklərin, Qurudu budaqda şeh, arı gəlməz. Neçə payız gedər, bahar qayıdar, Mənim dostlarımın baharı gəlməz.

Qoyur sapandına, mancanağına, Bizi hara gəldi atır, yorulmur. Əcəl yaman dönüb qan çanağına, Hər gün günahlara batır, yorulmur.

Yenə bahar gəlib, torpağa bahar, Mənimsə qəlbimdə bir göynərti var. Torpağa nə qədər toxum səpildi, Göz yaşı tökürəm bitməyənlərə. Nə köməyim çatır, nə əlim yetir Əli bir tərəfə yetməyənlərə.

2000, 9 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.