Əsas məzmuna keç

Qoşma

Yel ilə

Məxdumqulu Fəraqi

1

Göz, könül, dil, ağıl − qaldı bu dördü, Can vətən arzular, durdu yel ilə. Xahişim var, gəl, tərk etmə bu yurdu, İşrət sürgil, söhbət qurgil gül ilə.

Bir əcəb mənzildir, ümidin üzmə, Könlünü soyutma, vətəndir, qızma, Dükanın dağıtma, bazarın pozma, Tən mülkündə bir neçə gün qal ilə.

Mehman oldun bu dünyanın öyünə, Könül verib getmə onun küyünə, Başın bağlar, məşğul edər oyuna, Getsən verməz, aldadar yüz dil ilə.

Burda qul ol, var ol cahan sənindir, Əlvan nemət, tazə büryan sənindir, Behişt, Buraq, huri-rizvan sənindir, Asi adam, doğru getsən yol ilə.

Fələk qoymaz bu gəzdiyin sarayda, Qurdla qoyun müdar etməz bir öydə, Dünya dolu xəznə yığsan nə fayda, Düz mal oldur – sərf edəsən el ilə.

Göyü büküb yazsa yerin üzünü, Qurd qanrılıb qapa bilməz guzunu, Mübarizlər tuta bilməz özünü, Fil də durar, bağlasalar qıl ilə.

Məxdumqulu haq qulluğun bitirsə, Ər ol olar – əmrin bərcay gətirsə, Mövlam özü divan üçün otursa, Milçək durub dava edər fil ilə.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.