Yazıq Vətən
Nə zaman ki, bir tədbirə başlayırsan, Nə zaman ki, bir şadlığın, toyun olur, Hamı öpür, qucaqlayır bir-birini, Ortalıqda bir şıdırğı oyun olur. Yallı gedir, yaylıq tutur, rəqs eyləyir, Deyirsən ki, Allah, şükür, birləşirik, Bu millətin hamısı qol-boyun olur. Nə zaman ki, döyüş sözü gəlir dilə, Nə zaman ki, Vətən sözü gəlir dilə, Bayaq toyda qoç olan kəs qəfil dönür birdən-birə, Sabir demiş, keçi olur, quzu olur, qoyun olur. Yazıq millət, yazıq Vətən, Sabah ondan törəyən də Dönür bir gün sənin əslin, sənin nəslin, soyun olur.
2001, 12 mart