Əsas məzmuna keç

Təcnis

Yazıq “əmmə”ni

Aşıq Ələsgər

1

"Əlif"dən dərs aldım, əbcəd oxudum, Huş verdim, öyrəndim yazıq "əmmə"ni.** Şirin canım müjganına toxudum, Sən Allah, öldürmə, yazıqəm, məni!

Ərş üzündə gün dolanar, ay üzər, Müxənnəti mərdə qoyma, ay üzər. Həsrətindən ay incəldər, ay üzər, Qışı dərdü möhnət, yazı qəm məni.

Ələsgərəm, çətin adam sayılam, Vacibətdə hurufatın sayı lam.*** Ləblərinin həsrətindən sayılam,**** Bimürvət, demirsən yazıq, əm məni.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.