Yazıq
O qəmli könlünü, müşkül halını, Düşünən də yazıq, bilən də yazıq! Ağlasan ağlaram, mən səndən betər, Dağladın sinəmi güləndə, yazıq!
Bir mərdi sevəydin, sirdaş olaydın, Könlün istəyənə peşkaş olaydın. Ya da quruyaydın, bir daş olaydın, Bəzənib bu evə gələndə, yazıq!
Ələsgər durarmı mətah satmasa, İyid sarsıyarmı baxtı yatmasa!? İki könül bir-birini tutmasa, Alan da yazıqdı, gələn də yazıq.