Əsas məzmuna keç

Sərbəst şeir

Yazın bir günü

Zəlimxan Yaqub

1

Arzularım, toxuma dön, Torpağa düş, göyər bu gün! Dilə gəlməz daşlar belə Göy mamırı paltar bilib Öz əyninə geyər bu gün! Qızıl Günəş, təmiz hava Öz sözünü deyər bu gün! Bülbül bağda mənəm deyib, Cəhcəhimlə şənəm deyib, Nəğməsini öyər bu gün! Yeri, göyü qucmağa da, Qanad açıb uçmağa da, Dəyər, könül, dəyər bu gün! Arzularım, toxuma dön, Torpağa düş, Göyər, göyər, göyər bu gün!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.