Əsas məzmuna keç

Qoşma

Yazılsın

Zəlimxan Yaqub

1

Könül güldü bir uğurlu gəlişdən, Can sevindi qəhqəhədən, gülüşdən. Təmizlikdə fərqin yoxdu gümüşdən, Xasiyyətdə qızılsan ki, qızılsan.

Məhəbbətin payızı var, yazı var, Deyirlər ki, tale, qismət, yazı var. Heçə dönər gözlərimdə yazılar, Məndən qeyri başqasına yazılsan.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.