Əsas məzmuna keç

Heca şeiri

Yazanlar qaldı yaddaşda

Zəlimxan Yaqub

1

“Sabahım xeyir olsun”, – dedim, Sabahım xeyir olmadı. Bir gecəm yuxuda keçdi, Bir misram şeir olmadı.

Yarat deyir dağ da, daş da, Yarat deyir ötən yaş da. Yazanlar qaldı yaddaşda, Yatanlar şair olmadı.

2000, 28 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.