Əsas məzmuna keç

Gəraylı

Yaz axşamı

Zəlimxan Yaqub

1

Gəl, ey dünyanın gözəli, Gəl, gəzək bu yaz axşamı. Ruhumuzun yaşıl vaxtı, Ömrümüzün saz axşamı.

Ortaya qəm gətirməyək, Dərd yük olsa, götürməyək. Boş-boşuna ötürməyək, Bəxtə düşən az axşamı.

Bir yaram var, məlhəm eylə, Zəlimxanı Kərəm eylə, Barmağını qələm eylə, Bəxtimizə yaz axşamı.

2006, 23 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.