Əsas məzmuna keç

Qoşma

Yaz

Zəlimxan Yaqub

1
Jurnalist dostuma

Dostum, nə kağız, nə qələm götür, Nə də bir dəftərin qırağına yaz. Mənim bu yamyaşıl duyğularımı, Yaşıl bir ağacın yarpağına yaz.

Yansın yarpaq üstə fikrim zər kimi, Yağsın duyğularım ətirlər kimi, Ayaq izlərimi sətirlər kimi, Bu yurdun bir ovuc torpağına yaz.

Ayağa salmasın ötən eşqimi, Ruhumda göyərib bitən eşqimi, Mənim el sevgimi, Vətən eşqimi, Vətənin ucalan bayrağına yaz.

Nökəri özüməm, eşqin şah olsa, Ölmərəm, sevgimdən el agah olsa. Bu müqəddəs işdə bir günah olsa, Zəlimxan Yaqubun ayağına yaz.

2002, 29 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.