Əsas məzmuna keç

Heca şeiri

Yaylıq

Zəlimxan Yaqub

1

Kədəri, həsrəti bəzən bir anlıq, Bəzən də həftəlik, aylıq görübdür. Qəlbi kövrələndə, gözü dolanda İnsan əllərində yaylıq görübdür.

Dumanı dağıdan küləyə bənzər, Nisgilli gözlərin silər nəmini. Dünyanın dərdini yüngülləşdirər, Silər ürəklərin dərdi-qəmini.

Bir qarış parçatək baxmayın ona, Yağışda islanmış düz kimi baxın. Yaylıq gözümüzün qayğıkeşidir, Gözü qoruyana göz kimi baxın.

1972, 13 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.