Əsas məzmuna keç

Gəraylı

Yaylaq

Aşıq Ələsgər

1

Gözəllər seyrangahısan, Görüm səni var ol, yaylaq! Açılsın gülün, nərgizin, Təzə mürğüzar ol, yaylaq! Gözüm qaldı siyah teldə, Bülbül öldü meyli güldə. Kimsəm yoxdu qürbət eldə, Sən mənə qəmxar ol, yaylaq! Mən səni görəndən bəri, Sinəm oldu qəm dəftəri. Yazıq Aşıq Ələsgəri Öldür, günahkar ol, yaylaq!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.