Əsas məzmuna keç

Qoşma

Yaylaq

Aşıq Ələsgər

1

Könlüm qaranquş tək uçub qoynuna, Gəzir hər yamacı, hər yanı, yaylaq! Ruhum təzələnir, məst olur ürək, Görəndə bu çağı, bu halı, yaylaq!

Kəkotu, qırxbuğum, qaymaqçiçəyi, Bənövşə, qantəpər, qızlar örpəyi, Qoyun mələşməsi, çoban tütəyi, Çəkir uzaqlara xəyalı, yaylaq!

Qırxqız, Alaqaya, Çilgöz, Narışlar, Muroy, Uzunyoxuş, Dəlidağ, Qoşqar! Hansı oğul, deyin, sizi unudar?! Düşərmi el sizdən aralı, yaylaq!?

Ələsgər köynəkdən çıxartsın sazı, Yenə cuşa gəlsin eşqi, avazı, Tərifləsin allı-yaşıllı yazı, Unutma bu böyük kamalı, yaylaq!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.