Yaylağın
Yayın son ayında, köç vədəsində, Qurtarır dövranı, vaxtı yaylağın. Yarından ayrılan gözəllər kimi, Bağlanır kitabı, baxtı yaylağın.
Haraylı günlərin çatır axırı, Yağışın, dolunun çıxır paxırı. Yellənir sürüsü, enir naxırı, Dağılır, sökülür taxtı yaylağın.
Ayrılıq alnında açır şırımlar, Qaşına toy tutur bu ildırımlar. Sökülən dəyələr, dolan qarımlar Qəlbini yandırdı-yaxdı yaylağın.
Sinədə tükənməz nəğmədi, səsdi, Bu dövran doqquz ay ellərə bəsdi. Bu da bir ömürdü, gündü, həvəsdi, Sərvəti arana axdı yaylağın.
1977, 28 avqust