Əsas məzmuna keç

Qoşma

Yay gecəsi

Zəlimxan Yaqub

1

Bu mənim gecəmdi, bu mənim gecəm, Bulaq gecəsidi, çay gecəsidi. Bir zərrə qaranlıq yoxdu dünyada, Bir aylı, ulduzlu yay gecəsidi.

Yaradan möcüzə, yaradılan sirr, Mübarək üzünü Allaha çevir. Çiçəklər sevişir, mələklər sevir, Ana təbiətin toy gecəsidi.

Bir gecə yatmasaq qəbahət olmaz, Təbiətdən böyük ziyarət olmaz. Heç kəsdə bu qədər səxavət olmaz, Tanrının şairə pay gecəsidi.

2005, 19 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.