Yaxşıya güvənmiş aşıq Sarıyam
Səni axtarıram, səni gəzirəm, Sağa boylananda, sola dönəndə. Kərəmin aşdığı ağ gədiklərə, Məcnunun keçdiyi yola dönəndə.
Xallı kəpənəyəm, ballı arıyam, Səninlə bütövəm, sənsiz yarıyam. Yaxşıya güvənmiş aşıq Sarıyam, Sənin dodaqların bala dönəndə.
Səni nurdan töküb Allahın əli, Yağdırıb üstünə daş-qaşı, ləli. Heyrətdən donuram, ay el gözəli, Sən məni qınama lala dönəndə.
2010, 13 mart