Əsas məzmuna keç

Qoşma

Yaxşılıq dan yeri, sübh azanıdı

Zəlimxan Yaqub

1

Ayların, illərin fırtınasından Ömrü ömür kimi yaşayan keçər. Havalı ürəkdən, odlu könüldən Zamanın şaxtası, qışı yan keçər.

Hər qayğı insana bir yaz anıdı, Yaxşılıq dan yeri, sübh azanıdı, Günahın son payı qır qazanıdı, Körpüdən savabı daşıyan keçər.

Haqqı bayraq eylə, nə əzil, nə əz, Ayı da, günü də öz içində gəz. Allah sevgisinə toxuna bilməz, Şeytanlar atsa da, daşı yan keçər.

2003, 23 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.