Əsas məzmuna keç

Sərbəst şeir

Yaxşılıq

Zəlimxan Yaqub

1

Yaxşılıq – insanı zülmətdən çıxaran işıqdı, Yaxşılıq – insan oğluna bir yaraşıqdı. Yaxşılıq – ürəyi isidən atəşdi, Yaxşılıq – dünyaya nur saçan günəşdi. Pislik günahdırsa, yaxşılıq savabdı, Yaxşılıq pisliyə, Ən dürüst, ən sərrast, ən gözəl cavabdı. Yaxşılıq pisliyin tərsidi, Müəllim qayğısı, Peyğəmbər dərsidi. Hansını istəsən seç götür, Dayanma, yubanma, keç götür. Yaxşılıq – ömürlük xoşbəxtlik, Yamanlıq – ömürlük əzabdı!

2002, 25 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.