Əsas məzmuna keç

Qoşma

Yaxşıdır

Məxdumqulu Fəraqi

1

Adam olsan, qulaq as bu öyüdə, Alimlər yanında söhbət yaxşıdır. Atıb-tutan, çalıb-çapan igidə, Yeri gəlsə aman-mürvət yaxşıdır.

Həmrah olub sən oturma pis ilə, İşə düşsən, beynin dolar his ilə, Gövhər daşın üzük etsən mis ilə, Qiyməti əskilməz, hörmət yaxşıdır.

Zinhar, qəst eləmə yediyin nana, Könlün xeyrə bağla, sidqin imana, Heç azar vermə sən bir müsəlmana, Oğru ərdən bir doğru it yaxşıdır.

Kaş ki adam bu dünyaya gəlməsə, Əgər gəlsə, ömür sürüb ölməsə, Əldən gələn yaxşı işin olmasa, Könül içrə yaxşı niyyət yaxşıdır.

Məxdumqulu, necə keçsə ruzigar, Haqqa şükr et, getmə namərdə, zinhar, Yox dövlətdən yeydir, olsa bir hünər, Min hünərdən zərrə dövlət yaxşıdır.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.