Yaxşıdı
Arif olan, gəlin sizə söyləyim, İyid sözü mərd-mərdana yaxşıdı. Kişi gərək dediyindən dönməsin, Biilqardan bir zənana yaxşıdı.
Qəlbi düz olanın evi hac olu, Qonşuya kəc baxan özü ac olu. İkiarvadlılıq mardan acı olu, Bez geydirsən bir canana yaxşıdı.
Ələsgər kövsərdən badə içəndə, Gəşt eyləyib, mərd-namərdi seçəndə, Güzəran xoş olub, gün xoş keçəndə, Ağ otaqdan tövləxana yaxşıdı.