Yaxşıdı
Gəşt elədim, bu dünyanı dolandım, Kəlbəcərin xeyir-şəri yaxşıdı. Məscid, minarəsi, məktəbxanası, Torpağı şirindi, yeri yaxşıdı.
Züleyxa təmkində gözəllər hamı, Siması, libası, qurğu, nizamı, "Qardaş" deyib, dindirirlər adamı, Hörmətləri, mərfətləri yaxşıdı.
Hasanalı Kəlbəcərdə bir xandı, Zümrüd kəlməlidi, fəsih zəbandı, Kamil kamandardı, atıb vurandı, Qovğa günü iyidləri yaxşıdı.
Yeyin olsun Nəbi bəyin iqbalı, İsgəndər cəlallı, Hatəm səxalı; İnəyin kərəsi, beçənin balı, Çayı, qəndi, samavəri yaxşıdı.
Ələsgər mərd gördü, bir dastan açdı; Tərlan qaynaxlıdı, aslan savaşdı, İyidlərdə Nəbi hamıdan başdı, Gözəllərdə Nənəpəri yaxşıdı.