Əsas məzmuna keç

Qoşma

Yaxşıdı

Zəlimxan Yaqub

1

Səsin, ünün eşidilməz olanda, Ünsüz ömrü yaşamasan yaxşıdı. Qiblə seçib namazına durmasan, Yönsüz ömrü yaşamasan yaxşıdı.

Uşaq qəlbin hər gün ağlar, kiriməz, Arzuların ayaq açıb yeriməz. Yüz il qalsa buzun, qarın əriməz, Günsüz ömrü yaşamasan yaxşıdı.

Yağış yağsa, barlı bağa xeyri var, Tər çiçəyə, yaşıl tağa xeyri var. Nə zəmiyə, nə torpağa xeyri var, Dənsiz ömrü yaşamasan yaxşıdı.

Həyat şirin, ömür gödək, gün baha, Bağışlanmaz kim batarsa günaha. Tapınmasan sevgi adlı Allaha – Dinsiz ömrü yaşamasan yaxşıdı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.