Əsas məzmuna keç

Heca şeiri

Yaxşıdı

Zəlimxan Yaqub

1

Oxu, bülbülüm, oxu, Canda həvəs yaxşıdı. Nəğmələrə can verən, Qaynar nəfəs yaxşıdı.

Kiminin gözündə çən, Kiminin saçında dən. Lal olub dinməməkdən, Yenə qəfəs yaxşıdı.

Dindiyin dilə qurban, Vurduğun xala qurban, Qalxdığın zilə qurban, Endiyin pəs yaxşıdı.

Torpaq qədim, yer əzəl, Gülər gül, ağlar xəzəl. Məzardan beşik gözəl, Sükutdan səs yaxşıdı!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.