Yaxşı-yaman
Yaxşı adam yola çıxdı, Yerişindən yol sevindi. Dağa-daşa nəzər saldı, Meşə güldü, kol sevindi. Yön çevirdi səhralara, Çəmən, çayır, çöl sevindi. Yaman adam yola çıxdı, Onu gördü bağ iyrəndi. Bostanı gəzdi-dolandı, Ayağından tağ iyrəndi. Əl gəzdirdi budaqlarda, Əlindən yarpaq iyrəndi. Dedi: Çıxım zirvələrə, Arzusundan dağ iyrəndi. Yaxşıların söhbətindən Qəlbin gülər, üzün gülər, Ürəyinə nur süzülər. Yamanların hər sözündən Qaş çatılar, üz bürüşər. Can alışar, dodaq yanar, Ürəklərə ağrı düşər. Yamanlara vermir aman, Yaxşını yaşadır zaman!
1968, 4 sentyabr