Əsas məzmuna keç

Qoşma

Yaxşı xanım

Aşıq Ələsgər

1

Xeyir-duam sənin üstündə qalsın, Süz gətir çayımı, dur, Yaxşı xanım! Mərifət əhlisən, nəcibzadəsən, Tökülür üzündən nur, Yaxşı xanım!

Aşığın lisanı gərək dür tökə, Əysik danışmağa xəcalət çəkə. Könlü azğın olsa, ürəyi ləkə, Yeriyərmi onda sur, Yaxşı xanım!

Ələsgər ərz eylər, yoldan çıxanın, Kələk işlədənin, evlər yıxanın, Dosta, duz-çörəyə xain baxanın, Alacaq gözünü tor, Yaxşı xanım!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.