Əsas məzmuna keç

Heca şeiri

Yaxşı ki...

Zəlimxan Yaqub

1

Səni oyadım deyə Pəncərənə daş atdım. Ah, şüşə niyə sındı, Mən ki lap yavaş atdım.

Bu sevgi şıltaqlığı Qırdı tökdü şüşəni. Kim təmkinli görübdü Eşq oduna düşəni.

Sənə olan istəyim Yanar oddu, kül deyil. Sındırdığım şüşədir, Yaxşı ki, könül deyil!!!

1975, 5 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.