Əsas məzmuna keç

Sərbəst şeir

Yaxşı ki...

Zəlimxan Yaqub

2

Yaxşı ki, zirvələr sal buzdu, Hər saat çıxmaq olmur. Yaxşı ki, üfüqlər sonsuzdu, Başabaş baxmaq olmur. Yaxşı ki, saysızdı ulduzlar, Barmaqla saymaq olmur. Yaxşı ki, ucadı dağlar, Yaxşı ki, dərindi dərələr, Yaxşı ki, doyulmazdı mənzərələr, Baxmaqla doymaq olmur. Yaxşı ki, genişdi dünya, Ayağın tutduqca gəz, Min il yerisən belə, Yollar bitib-tükənməz! Başımızın üstü göydü, Ayağımızın altı torpaqdı, Torpağın qoynu sudu. Zirvələrə çıxmaq da, Dənizlərdə üzmək də, Üfüqlərə baxmaq da, Buludlarda süzmək də İnsanın ən böyük diləyi, Ən gözəl arzusudu! Bunların hamısı, Təbiətin insana verdiyi, Ən dadlı nemətdi, Ən şirin paydı. Həyat bir qəpiyə dəyməzdi, Bu ucalıq, Bu dərinlik, Bu genişlik, Bu sonsuzluq olmasaydı!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.