Əsas məzmuna keç

Qoşma

Yaxınlıq

Zəlimxan Yaqub

1

Qəlbimin, ruhumun aynasındasan, Bağrımın başıtək yaxınsan mənə. Nur səndə, qaş səndə, üzük məndədi, Üzüyün qaşıtək yaxınsan mənə.

Ömrün ağrısı mən, acısı sənsən, Dərdin qardaşı mən, bacısı sənsən. Gözümdən tökülən acı su sənsən, Gözümün yaşıtək yaxınsan mənə.

Sevgimsən, yaşayır hər bəla səndə, Ər dözüm məndədi, kür bəla səndə. Baş məndə, başkəsən Kərbəla səndə, Başımın daşıtək yaxınsan mənə.

2004, 21 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.