Əsas məzmuna keç

Qoşma

Yavaş get

Aşıq Ələsgər

1

Geyinib, qurşanıb seyrə çıxan yar, Alagözlü Səhnəbanım, yavaş get! Bir qıya baxanda evlər yıxan yar, Cəllad olub tökmə qanım, yavaş get!

Mən sənə aşiqəm, sən mənə xata, Dəhanın bənzəyir qəndə, nabata, Ləbin tənə vurur abi-həyata, Qoynu cənnət-rizvanım, yavaş get!

Ələsgərəm, oldum dəli, divana, At müjganın, sinəm qoydum nişana. Sallanışın bənzər huri-qılmana, Kəbəm, qibləm, din-imanım, yavaş get!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.