Yatır
Payızdı. Sozalıb dağlar, dərələr, Nə şirin dincəlib, nə şirin yatır. Bu ana torpağın dizi üstünə Həm çiçək baş qoyur, həm gözəl yatır.
Şeirdir, nəğmədir yerin hər qatı, Nəğməsiz keçərmi elin həyatı. Hər dağın qoynunda qoşma, bayatı, Hər daşın altında bir qəzəl yatır.
1977, 3 fevral