Əsas məzmuna keç

Qoşma

Yatanların ayılmağı getdi ta

Zəlimxan Yaqub

1

Yenə fikrim məğlub olmuş qoşundu, Nizamı yox, cərgəsi yox, səfi yox. Bulanmışam boz-bulanlıq sulartək, Duyğuların durusu yox, safı yox.

Günlərimi bir-bir düzdü qurşuna, Sinəm gəldi güllələrin tuşuna. Ömür getdi, vaxt fırlandı boşuna, Qazancı yox, faydası yox, nəfi yox.

Köçən köçdü, nə ana var, nə ata, Vida dedi baldan şirin həyata. Yatanların ayılmağı getdi ta, Qəbristanın toyçusu yox, dəfi yox.

Dəryaların dərya boyda dərdi var, Səhraların səhra boyda dərdi var, Bu dünyanın dünya boyda dərdi var, Kefi yoxdu, kefi yoxdu, kefi yox.

2003, 27 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.