Yaşım mənim
Ey yaranlar, dünyada fisqi-fücur işim mənim, Dəmbədəm həsrət ilə gözdən axar yaşım mənim. Kim ki can içrə olur bu yolda yoldaşım mənim, Yolunda qurban olar bu can ilə başım mənim.
Yüz qəmü həsrət ilə rəngim mənim solmuş dürur, Aqibət hay-vay ilə dəstgirsiz olmuş dürur, Nəfsimiz baş götürüb, könlüm dağı ölmüş dürur, Kibr ilə, həsəd ilə dolmuş içim, dışım mənim.
Yoxdur ərmanım əgər ötsəm əgər iman ilə, Qayğıyü həsrətdə mən dildardan hicran ilə, Gecəyü gündüz işim-gücüm olar üsyan ilə, Vədəgirə heyf olub ötdü ta ki yaşım mənim.
Gahi görünməz mənim əsla gözümə bu cahan, Ağlını zail qılıb, eylər cünun tək hər zaman, Çox hərarətlər düşər bu canıma, eylər fəğan, Ta olub rüsva mən a, getdi ağıl-huşum mənim.
Bu zəlil Məxdumqulu özün günahə qərq edib, Ağlayır ol, çün özgələr ağlamazlar rizq edib, Uçsa canım bu qəfəsdən işbu dünya tərk edib, Ya rəb, lütf eyləməzmi ol şahənşahım mənim.