Yaşıllanım yarpaq-yarpaq
Yaradanım, yardım eylə, Yaratdığın yarım olsun. Çiçəyinə üzüm dəysin, Budağında barım olsun.
Yarlı günə varlıq deyim, Yarsız günə darlıq deyim. Darlığa məzarlıq deyim, Dönsün qışım, qarım olsun.
Tanrım, mənə sağ gözlə bax, Yaşıllanım yarpaq-yarpaq. Qədəmlərim dəyən torpaq, Öləndə məzarım olsun.
2003, 16 noyabr