Yaşıldı yaşıl
Addadı zimistan, gəldi nobahar, Şamamanın tağı yaşıldı, yaşıl. Bəzənib nazənin, al-əlvan geyib, Eyvanı, otağı yaşıldı, yaşıl.
Qafil olma bu bazarın içində, Aldatma özünü varın içində. İbrahim dayanıb narın içində, Güldü solu, sağı, yaşıldı, yaşıl.
Ələsgər gözündən tökər qanlı yaş, Əhli-dil ustada canımdı peşkaş. Cəbrayil dəryadan çıxardı bir daş, İçində yarpağı yaşıldı, yaşıl.