Yaşıl zümürrüd
İlk asiman tutmuş əxtərdən zinət, Adı Rəfa, əsli yaşıl zümürrüd, Fəriştəsi vardır sığır surətli, Böyükləri vardır İsmayıl adlı.
İkinci qat göyü desəm bu başdan, Adı Əzlaundur, əsli gümüşdən, Fəriştəsi vardır qartal surətli, Böyükləri vardır Qəbayıl adlı.
Üçüncü göy rəngi seçilməz oddan, Adı Kaydum, əsli qızıl yaqutdan, Fəriştəsi vardır börü sifətli, Böyükləri vardır Göybayıl adlı.
Dördüncü qat göyü sorsan nədəndir, Adı Məun, əsli ağ incidəndir, Fəriştəsi vardır ağ at sifətli, Böyükləri vardır Nunyayıl adlı.
Deyim göyün qoy beşinci qatından, Adı Rətqə, əsli qızıl-altından, Fəriştəsi vardır hüri sifətli, Böyükləri vardır Səftayıl adlı.
Altıncı qat asman çıxmasın yaddan, Adı Dəfnə, əsli sarı yaqutdan, Fəriştəsi vardır vildan3 surətli, Böyükləri vardır Əbayıl adlı.
Soran yeddinci qat göydəki sirdən, Adı Əcibədir, asmanı nurdan, Fəriştəsi vardır adam surətli, Böyükləri vardır Nurbayıl adlı.
Yerdə, asimanda olan səriştə, Nizam verənləri bu dörd fəriştə: Mikayıl, İsrafil, Əzrayıl adlı, Dördüncüsü vardır Cəbrayıl adlı.
Məxdumqulu, faş eyləsən sirrin həm, Yiyəsi var dəryanın həm, yerin həm, Yerin bəyi olsun Sərsayıl adlı, Dəryalar böyüyü Qərqayıl adlı.