Əsas məzmuna keç

Heca şeiri

Yaşıl tağ üstündə yaşıl yarpaq ol

Zəlimxan Yaqub

1

Yanıma gələndə yaşıl gey, gözəl, Qarşıma yamyaşıl çəmən kimi gəl. Yaşılbaş sonalar yaşıl göllərdə Çalxanan kimi gəl, çimən kimi gəl.

Mavi dura-dura, göy dura-dura, Sən Allah, geyinmə qara köynəyi. Ömrün baharında qara geyənin, Qara gün gətirər yara, köynəyi.

Yaşıl tağ üstündə yaşıl yarpaq ol, Seçim ağdan səni, qaradan səni. Saralmaq payızın nişanəsidir, Yamyaşıl saxlasın Yaradan səni.

1998, 8 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.