Əsas məzmuna keç

Heca şeiri

Yaşayır

Zəlimxan Yaqub

1

Ulu göylər sahmanında sehrli, Nur günəşdə, zülmət çəndə yaşayır. Yaman düşüb əlçatmazlıq eşqinə, Ay uzaqda, ulduz gendə yaşayır. Ana torpaq ana kimi mehrli, Dən sünbüldə, sünbül dəndə yaşayır. Sığınıbdı bir-birinin qoynuna, Min bir çiçək bir çəməndə yaşayır. Bir ümmanda yüz ölkənin çayı var, Bir can kimi bir bədəndə yaşayır. İnsan özü bir dünyadır həyatda, Qoca dünya məndə, səndə yaşayır. Bir təsəlli bəsimizdir, bəsimiz, Biz getsək də, sorağımız, səsimiz, Bu torpaqda, bu Vətəndə yaşayır!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.