Əsas məzmuna keç

Qoşma

Yaşayır

Zəlimxan Yaqub

1

Könül gündə bir havanın vurğunu, Həmi zildə, həmi bəmdə yaşayır. Aydınlığa, qaranlığa baş vurur, Gah fərəhlə, gah da qəmlə yaşayır.

Düşür oda, dönür gözə ilhamım, İşıq verir qəlbə, gözə ilhamım. Nə zaman ki, baxmır sözə ilhamım, Yanaq yaşda, kirpik nəmdə yaşayır.

Söz qəlbində cərgələnir, səf çəkir, Bir arıdı, öz balını saf çəkir. “Dərdi alır, qəmi satır, kef çəkir”, Görün şair nə aləmdə yaşayır.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.