Əsas məzmuna keç

Qoşma

Yaşayır

Zəlimxan Yaqub

1
Ana torpaq, hər daşına üz qoyum, Hər dərəndə çaldığım saz yaşayır. Məmməd Araz

Öz taleyi, öz səsi var hər ömrün, Qanad açan diləyində yaşayır. Neçə-neçə açılmamış arzu var, Körpələrin bələyində yaşayır.

Tez saraldıb xəzəl demə yarpağa, Sığal gərək hər bağçaya, hər bağa. Kim can deyib can verirsə torpağa, Elin gücü biləyində yaşayır.

Aylı gecə qardaşıdı gündüzün, Gəlişinə çiçək səpin, gül düzün. Dağ qartalın, daş kəkliyin, gül düzün, Yol yolçunun ürəyində yaşayır!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.