Əsas məzmuna keç

Gəraylı

Yaşamısan

Zəlimxan Yaqub

1

Dayan, hərdən arxaya bax, Gələn insan, gedən qonaq. Ya şam olub, ya da çıraq, Əridinsə, yaşamısan!

Ömrü keçirməsən hədər, Ölüm ölməzliyə dəyər. Bu dünyadan dünya qədər Yaradınsa, yaşamısan!

Od yollarda, su yollarda, Günahın var, yu yollarda. Sürünmədin bu yollarda, Yeridinsə, yaşamısan!

Şər ilandı, şər əfidi, Saflıq ömrün şərəfidi. Qoru görüm şərəfi di, Qorudunsa, yaşamısan!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.