Əsas məzmuna keç

Heca şeiri

Yaşamaz

Zəlimxan Yaqub

1

Tale yetirməsə, Tanrı verməsə, Bərəkət sünbüldə, dəndə yaşamaz. İlahi sevgilər, təmiz nəfəslər, Səndə qərar tutub, məndə yaşamaz.

Dalğa da, dəniz də yaşaya bilər, Dənizdə bir iz də yaşaya bilər. Allah bəndəsiz də yaşaya bilər, Allahsız bircə gün bəndə yaşamaz!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.