Yaşamaq həvəsi
Nə eldən doyan var, nə gözdən qoyan, İnsanlar yaşamaq həvəsindədi. Dolana-dolana bağın başına, Bağbanlar yaşamaq həvəsindədi.
Təbiət istəyir al-əlvan geyə, Könül vurğun ola nəğməyə, neyə. Ovçu nişan alır öldürüm deyə, Ceyranlar yaşamaq həvəsindədir.
Günəşli səhəri, aylı axşamı, Zəlimxan, doymadan seyr edir hamı. Ey fələk, söndürmə odlanan şamı, Yananlar yaşamaq həvəsindədi.