Əsas məzmuna keç

Heca şeiri

Yaşamaq

Zəlimxan Yaqub

1

İgidi atından ayrı sal – yaşamaz, İnsanı zatından ayrı sal – yaşamaz, Ürəyi odundan ayrı sal – yaşamaz, Çinarın ruhunu, palıdın kökünü Torpağın qatından ayrı sal – yaşamaz!

Dədələr Qorqudtək dədəni yaşadar, Gələni itirməz, gedəni yaşadar. Vətəndaş olanlar Vətəni yaşadar, Qeyrətli dünyanı çiyində gəzdirər, Qeyrətsiz nə səni, nə məni yaşadar!

Oğul ol, od qoru, ocağın yaşasın, Kökünə arxalan, budağın yaşasın. Məsləkə sirdaş ol, bayrağın yaşasın, Günəş ol, səhəri sevgiylə qarşıla, Yağış ol, yerə hop, torpağın yaşasın!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.