Yaşa
Buna ömür neyləsin, Daş olsa da dayanmaz. Buna dəmir neyləsin, Oğulsan, arzuların, Arxasınca çat, yaşa!
Milləti rüşvət yedi, Xalqı siyasət yedi, Haqqı xəyanət yedi, Oğulsan, bu dərdləri, Dağ boyda namərdləri, Kürəyindən at, yaşa!
Yerə verilən – zəhər, Tağdan dərilən – zəhər, Hər gün dirilən – zəhər, Oğulsan, bu zəhəri, Çörəyinə qat, yaşa!
İçimizi çürüdən, Qurd olar, bu boyda yox! Torpağımız yadlara, Yurd olar, bu boyda yox! Dərmanı tapılmayan, Dərd olar, bu boyda yox! Oğulsan, bu həyatda, Yaxşı bir həyat yaşa!
Sənin ki qismətinə, Bu qədər ağrı çıxdı, Bu qədər quldur, qaçaq, Bu qədər oğru çıxdı.
Nə qədər yalançı var, Nə qədər talançı var, Nə qədər palançı var, Yaşa, ey dəli könlüm, Hər gün narahat yaşa!